20 oktyabr 1935 — Tsveyq Freydə
II, Portlend-Pleys, London
[oktyabr / noyabr 1935] [1]
Dərin hörmət bəslədiyim cənab professor, İngiltərədə avtobioqrafiyanızın [2] nəşri ilə əlaqədar olaraq “Sandi Tayms”a anons verməyi vəd etmişdim; bioqrafiya hazırdır — təəssüf ki, hər cür şmüsttitullarla, ixtisarlarla (xüsusilə sonunda) və olduqca vasat bir tərcümə ilə. Lakin siz anlayırsınız ki, mənim üçün ən çox oxunan bu qəzetdə sizin yaradıcılığınızın layiqli hörmətlə qeyd olunması vacib idi. Bu taktiki bir addım idi və razılaşın ki, siz onu bədii meyarla qiymətləndirmirsiniz. Sadəcə mən həmişə sizə öz ehtiramımı bildirmək üçün hər əlverişli fürsətdən istifadə edirəm.
Ən səmimi arzularla, sizə hörmətlə bağlı
Ştefan Tsveyq
Qeydlər:
[1] Məktubun dəqiq yazılma tarixi məlum deyil.
[2] Söhbət Z. Freydin “Avtobioqrafiya”sından (1925) və onun Amerika nəşrinə əlavələrindən (1935) gedir.