12 may 1924 — Tsveyq Freydə

IX

,

Qarnizonsqasse,

10

Bazar ertəsi

[12 may 1924] [1]

Dərin hörmət bəslədiyim cənab professor!

Yaxşı xəbəriniz üçün sizə böyük təşəkkür! Rolland yaxın axşamlar musiqi bayramında iştirak edəcək, sonra isə səhhətinə görə dərhal evə yollanmalı olacaq. Buna görə də o, yəqin ki,

çərşənbə günü saat ikidən bir az sonra

yanınıza gəlməyə icazə verəcək, və əgər mən sizə onun sizi ziyarət etmək icazəsinə malik olmasından duyduğu sevinci bildirirəmsə, o zaman onu müşayiət etmək və sizi yenidən (!) görmək imkanından duyduğum öz sevincim barədə də susmağa haqqım yoxdur, hörmətli cənab professor.

Dərin ehtiramla

səmimi qəlbdən sizə bağlı

Ştefan Tsveyq

Qeydlər:

[1] Məktubun yazılma tarixi alman redaktorları tərəfindən müəyyən edilmişdir.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.