7 dekabr 1929 — Freyd Tsveyqə

Vyana,

IX

, Bergqasse, 19

Dərin hörmətli cənab professor!

Əlbəttə, anlaşılmazlığı qavramamla bağlı yanılmamısınız. Sui-istifadə həmin gözətçinin xarakterinə tam uyğun gəlirdi, xəyanət isə sizin adınızla heç cür uzlaşmır. Və buna baxmayaraq, diqqətinizi ehtiyatlılıq barədə öz sözlərinizə cəlb edirəm. Avropaya amerikan utanmaz reklam üsulları nüfuz edəndən bəri, bir dəfə açıq şəkildə deyilmiş sözləri geri götürmək mümkün olacağına ümid etmək çətindir. Bu gün mənim afişa dirəyindən köçürdüyüm, sizə aid edilən ifadələr belədir: "Son dərəcə əhəmiyyətli. Freydin yolu ilə gedənlərin əksəriyyətindən qat-qat dərin mövzuya nüfuz etmə və daha müəmmalı ilkin səbəbləri tanıma".

Yeni kitabınızda yer alacağım barədə xəbərləriniz, əlbəttə ki, mənim üçün M.-in məruzəsindən daha maraqlıdır. Əgər niyyətinizdən sizi daşındıra bilməyəcəyəmsə, onda mənə onu dəstəkləməkdən başqa heç nə qalmayacaq. Nəşriyyatımızın rəhbəri A. Ştorfer [1] "arxivdə" müasirlərin ifadələrindən ibarət "xəzinələr" toplamışdır ki, onları da, əlbəttə, sizin ixtiyarınıza verəcəkdir. Öz konsepsiyanızı təsdiqləməyə can atmayın. Vyana rəsmi dairələrinin lehinə yalnız bir tərif demək istərdim ki, bu da Mesmerlə analogiyaya ziddir. Mənimlə sadəcə maraqlanmadılar və bu yaxşı oldu. Psixiatriya, hətta psixoanaliz professoru olsaydım nə edərdim? O ya mənə mane olardı, ya da faydasız olardı. Əslində, Yunq, Adler və Ştekel kimi sözdə uzaqlaşmış şagirdlərim pis davrandılar. Heyne'nin sözləri ilə desək, "bəşəri baxımdan adi".

Bütün qəlbi ilə sizin Freyd

Qeydlər:

[1] Ştorfer Albert Yozef (1888—1944) — vyanalı psixoanalitik, 1921-ci ildən Vyandakı Beynəlxalq Psixoanalitik Nəşriyyata rəhbərlik etmişdir.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.