30 dekabr 1932 — Tsveyq Freydə
Kapusinerberq, 5
Zaltsburq
Dərin hörmətli cənab professor!
Bu gün, ilin sondan əvvəlki günündə, həqiqətən mənəvi zövqlə sizin möhtəşəm mühazirələrinizi oxuyuram. Sırf bədii cəhətdən də biz bu nəsrdən öyrənə bilərdik ki, o, fikirləri necə gözəl qavrayır və geyindirir, və mənə elə gəlir ki, başqalarında adətən ruhu qaraldan yaş sizdə onun daha da çox işıqlanmasına səbəb olur. Bu gün hələ təfərrüatlara işarə etməyə cəsarət etmirəm, lakin il bitməzdən əvvəl sizə, sizin pərəstişkarlarınıza və bütün dünyaya arzu etmək istərdim ki, yeni ildə sağlamlıq və iş qabiliyyəti sizi tərk etməsin və siz bizə yenidən əməyinizin bəhrələrindən zövq almağa imkan verəsiniz.
Ən dərin hörmətlə həmişə sadiq
Ştefan Tsveyq
Qeydlər:
[1] Z. Freydin «Psixoanalizə giriş üzrə mühazirələrin davamı» (29—35-ci mühazirələr) 1932-ci ilin sonunda ayrıca kitab kimi nəşr olunmuşdur.