18 may 1936 — Freyd Tsveyqə

Vyana,

IX, Bergqasse, 19

XIX,

Ştrasserg, 47

Hörmətli cənab doktor!

Ümid edirəm, məktubunuza yalnız bu gün cavab verdiyim üçün mənə acığınız gəlmir. Tələbkar və qayğılı vaxt nəhayət ki, keçib getdi.

Cavab yazmağa oturmazdan əvvəl məktubunuzu yenidən oxudum. Onu üslub ustasının yazdığını unuda bilərdim, o qədər sadə və doğru səslənir. Az qala məni öz əhəmiyyətimə inandıracaqdı. Təlimlərimin məzmununun doğruluğuna özümün şübhə etməyim deyil, amma nədənsə inanmaqda çətinlik çəkirəm ki, onlar yaxın gələcəyin inkişafına nəzərəçarpan təsir göstərə bilərdilər. Buna görə də özümü sizin məni təsvir etdiyinizdən qat-qat əhəmiyyətsiz görürəm və daha böyük əminliklə inandığım şeyi qeyd etmək istəyirəm, yəni yubileyim münasibətilə göstərdiyiniz qayğıda büruzə verdiyiniz müstəsna dostluq münasibətinizi. Tomas Mann ilə birlikdə tərtib etdiyiniz möhtəşəm müraciət və Mannın Vyandakı məruzəsi bu iki hadisə oldu ki, onların sayəsində mən bu qədər qocaldığım faktı ilə barışdım. Çünki evimdə, arvadım və uşaqlarımla, xüsusən də atanın bütün nazını nadir səbrlə yerinə yetirən qızımla son dərəcə xoşbəxt olsam da, qocalığın yoxsulluğu və acizliyi ilə yenə də barışa bilmirəm və yoxluğa keçidi bir növ kədərlə gözləyirəm. Yaxınlarımla vidalaşmağın ağrısından qurtulmaq isə mənim gücüm xaricindədir.

Sizin gözünüzdeki mövqeyimin müstəsnalığı da sona çatacaq. Mənə elə gəlir ki, sizin qurduğunuz görkəmli insanlar qalereyasında — tez-tez zarafatla onu panoptikum adlandırdığım kimi — mən, əlbəttə, ən maraqlı şəxsiyyət deyiləm, amma yenə də yeganə canlı personajam. Bəlkə də bir çox cəhətdən məhz bu hal sayəsində sizin rəğbətinizə borcluyam. Axı bioqrafın da, analitikin də "köçürmə" sözü ilə ümumiləşdirilmiş şəkildə adlandırılan hadisələri var.

Səmimi minnətdarlıqla

sizin Ziqm. Freyd

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.