5 noyabr 1924 — Freyd Tsveyqə
Vyana,
IX
, Bergqasse, 19
Hörmətli və əziz cənab doktor!
Cela va sans dire![1] Əgər sizin nə vaxtsa mənim adımı yeni əsərinizlə[2] əlaqələndirmək ehtiyacınız yaranarsa və bu övladınızı gələcək həyatda qeyri-qənaətbəxş himayəçiliklə xeyir-dua verməkdən qorxmasanız — bu mənim haqqımdır. Mən sizin həsr etmənizi yalnız bir şərəf kimi qəbul edəcəyəm və əsəri sondan əvvəlki əsəriniz kimi maraqla, bəlkə də eyni zövqlə oxuyacağam.
Xoş arzularınıza görə təşəkkür edirəm və sizə xeyir-dualı iş qabiliyyəti və böyük uğurlar arzulayıram.
Sizin Freyd
Səmimi salamlarımı çatdırıram
Anna Freyd
Qeydlər:
[1] Öz-özünə aydındır (fransız).
[2] S. Tsveyq Freydə "Şeytanlarla müharibə. Hölderlin, Kleyest, Nitşe" (1925) kitabını həsr etmişdir.