10 iyul 1938 — Tsveyq Freydə

49, Helləm küçəsi,

London, B.I

Lənqəm 3693

[Təxminən 10.7.1938]

Hörmətli cənab professor, böyük rəssam Salvador Dali [1], sizin yaradıcılığınızın fanatik pərəstişkarı olaraq, sizinlə görüşməyi şərəf sayardı və mən sizin üçün ondan daha maraqlı kimsə tapa bilmərəm. Mən onun yaradıcılığını son dərəcə sevirəm və vaxtınızın bir saatını ona həsr etsəniz, çox məmnun olardım.

Hörmətlə, sizə sadiq

Ştefan Tsveyq

Qeydlər:

[1] Dali Salvador (1904—1989) — ispan rəssamı, ən böyük sürrealist. Onun Freydlə əlaqələrinin mənzərəsi bu kitabdan aydın olur: Salvador Dali. «Bir dahinin gündəliyi». M., 1991.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.