7 dekabr 1911 — Freyd Tsveyqə
Vyana,
IX
, Bergqasse, 19
Dərin hörmətli cənab doktor!
Özünüzün zərif və psixoloji cəhətdən əhəmiyyətli uşaq hekayələrinizi [1] göndərdiyiniz üçün sizə böyük təşəkkürümü bildirirəm. Təəssüf ki, geniş oxucu dairəsi məni — hər halda, müvəqqəti olaraq — kitabdan ayırdı, elə ki, ilk hekayəni oxumağa ancaq macal tapdım. Lakin bəlkə də siz buna görə inciməyəcəksiniz, çünki bir qoca oxucu əvəzinə bu qədər gənc oxucu qazanmısınız.
Dərin ehtiramla, sizə sadiq
Freyd
Qeydlər:
[1] S. Tsveyqin «İlk təcrübə. Uşaqlıq ölkəsindən dörd hekayə» kitabı 1911-ci ildə nəşr olunmuşdur. Kitaba «Alatoranlıqda», «Müəllimə», «Yandırıcı sirr», «Yay novellası» daxil idi.