Tarixi bilinmir — Freyd Tsveyqə

Vyana,

IX

, Bergqasse, 19

Hörmətli, dərin hörmət bəslədiyim cənab doktor!

Məktubunuza və «Sandi tayms»dan çıxarışa görə sizə təşəkkür edirəm. Sizin məqaləniz dost manifestidir, insan oxuduğuna deyil, onun arxasında durana sevinir. Lakin təəccüblə öyrəndim ki, Vyana Universitetinin təşəbbüsü ilə mənə çox arzuladığım Nobel mükafatı verilmişdir. Bu xəbər, yəqin ki, qəzetin mətninizə əlavə etdiyi, sizin şikayət etdiyiniz əlavələrdən biridir. Bəlkə də bu, sizin daha bir «taktiki addımınızdır». Bu halda o, ola bilsin ki, nəticəsiz qalacaq. Yəqin eşitmisiniz ki, 1930-cu ildə Frankfurt şəhərinin Höte mükafatı mənim üçün hansı çətinliklər və müsibətlərlə qazanılmışdı.

15 sentyabr tarixli ziyarətinizdən sonra sizinlə «Musa»nın [1] məzmununu ətraflı izah etdiyimə, işləriniz və niyyətləriniz barədə dinləmək əvəzinə, özümü ciddi şəkildə qınadım. «Musa» heç vaxt ictimaiyyətin gözü qarşısına çıxmayacaq.

Səmimi təşəkkür edir və salamlayıram sizi

Freyd

P.S. Bir də o vaxt sizdən soruşmağı unutmuşdum ki, Oksford Şekspiri problemi ilə maraqlanmaq niyyətiniz yoxdurmu? Mən demək olar ki, əminəm ki, əsl Şekspir Eduard de Ver, Oksfordun on yeddinci hersoqu idi. Ziyarətiniz, təəssüf ki, mənim yanıma çox qısa oldu.

Sənədlər:

[1]

«Musa və monoteist din»

— Freydin 1938-ci ildə İngiltərəyə mühacirətindən sonra tamamladığı son böyük əsəri. Ayrı kitab kimi 1939-cu ildə çıxmışdır.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.