7 iyun 1939 — Tsveyq Freydə
Professor Ziqmund Freyd
London C.Ş.
20, Merisfild Qardens
“Spa” oteli
Bat [7.6.1939]
Əziz, hörmətli, dəyərli professor, sözümü yerinə yetirmədim, lakin Londonda yaşayışa dözə bilmədim, orada məni hər gün işdən yayındıran ziyarətlər olur, və yenidən Bat sığınacağımdayam. Lakin tezliklə özümü göstərəcəyəm, həmişə olduğu kimi, mənə xas olan bir xüsusiyyətlə, sizi, əziz ustadı görmək üçün səbirsizlik çəkirəm.
Sizin Stefan Tsveyq