19 iyul 1938 — Tsveyq Freydə
49, Hollom-strit,
London, B.I
Lenghem 3693
Hörmətli, əziz professor, ümid edirəm ki, səbrinizdən sui-istifadə etməmişik, lakin Salvador Dali artıq bir dəfə — boş yerə! — sizinlə görüşmək üçün Parisdən Vyanaya gəlmişdi.
Onu müşayiət edən o gənc, Eduard Ceyms, psixoloqla ünsiyyətə çox ehtiyac duyur. Bizim anlayışımıza görə, o, ədəbsiz dərəcədə varlıdır və belə bir müalicə keçmək istərdi (Tilli Loş [1], onun keçmiş arvadı, onu müalicə edə bilməmişdi). Düzdür, siz onu bir az qorxutdunuz, müalicənin, bəlkə də, onun ədəbi işinə mane olacağını söyləməklə. Lakin mən güman edirəm ki, o, nə vaxtsa özü sizə gələcək!
Ən yaxşı arzularla və ehtiramla
səmimi qəlbdən sizin
Ştefan Tsveyq
Qeydlər:
[1] Loş Tilli (1904-1975) — avstriyalı və amerikalı balerina, aktrisa və rəssam.