1 may 1928 — Freyd Tsveyqə

Vyana, IX. Bergqasse, 19

Hörmətli cənab doktor!

Yeni hədiyyənizə [1] görə sizə ürəkdən təşəkkür edirəm. Qələminizdən çıxmış bir şeyi oxumaq mənim üçün həmişə dərin bir zövqdür. Nə qədər bəhrəli çalışqansınız! Başqalarını anlamaq bacarığı sizdə əsl korifey kimi inkişaf edib, lakin ümumiyyətlə, mən daha çox yaradıcını sevirəm («Hisslərin qarışıqlığı»). Sizdə böyük daxili təvazökarlıq görürəm — sənətkar üçün çox nadir keyfiyyət.

Sizi ürəkdən salamlayıram

sizin Freyd

Qeydlər:

[1] Söhbət S. Tsveyqin «Öz həyatının şairləri. Kazanova, Stendal, Tolstoy» (1928) kitabından gedir.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.