16 mart 1939 — Tsveyq Freydə
49, Helləm küçəsi,
London, V.İ
Lenqhem 3693
Hörmətli, əziz cənab professor!
Mən indicə qayıtdım və indi ilk növbədə bir dağ məktubu gözdən keçirməliyəm. Lakin artıq sizi görmək üçün dəhşətli səbirsizlik içindəyəm və yaxın günlərdə özümü təvazökarlıqla xatırladacağam.
Ən səmimi arzularla
ehtiramla dolu Ştefan Tsveyq