24 avqust 1938 — Tsveyq Freydə
49, Helləm-strit,
London, B.I
Lənqəm 3693
Hörmətli, əziz professor, sükutumu vəfasızlıq və ya laqeydlik kimi qiymətləndirməyin — ürəyimə yaxın bir dostum ağır əməliyyat keçirmişdir, indi ona tez-tez baş çəkməli oluram, Vyanada isə səksən beş yaşında anam vəfat etdi; hansı dövrdə yaşadığımızı ona görə hiss edirsən ki, indi qəlbimdə kədərdən çox təsəlli var, axı onun bu cəhənnəm Vyanalıqda daha yaşamasına ehtiyac qalmadı, bizim ardımızca isə gedə bilməzdi.
Sabah özümdən xəbər verəcəyəm və ümid edirəm ki, tezliklə sizinlə görüşə biləcəyəm. O gənc adam, Eduard Ceyms, düşünürəm ki, artıq tezliklə qərar verəcək, keçən həftə onunla söhbət etmişəm.
Sizə hörmətlə bağlı
Ştefan Tsveyq