4 avqust 1939

Lansdaun-Loc

Lansdaun-roud

Bat,

Hörmətli əziz fröylayn!

Qəzetdə oxudum ki, hörmətli atanız bir neçə əlverişsiz gün keçirmişdir. Ümid edirəm ki, hər hansı təhlükə artıq sovuşmuşdur. Əslində, buradan telefonla xəbər almaq istəyirdim, lakin bu günlərdə sizi narahat etməkdən çəkindim, çünki yəqin ki, onsuz da kifayət qədər qayğınız var idi. Atanızı yenidən ziyarət etmək mümkün olan kimi, dərhal gəlmək istərdim, səfər etməkdən də çəkinməzdim.

Hörmətli dostuma və bütün ailənizə ən xoş arzular.

Sizin Ştefan Tsveyq

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.