4 may 1936 — Tsveyq Freydə
Lenqem 3693
49, Helləm küçəsi,
London, V.
I
Dərin hörmətli cənab professor!
Bilirəm, sizin xoşunuza gəlmir ki, bayramınız qeyd olunur, lakin sizə yaxşı məlum olan insan təbiətinin eqoizmi öz haqqını tələb edir. Bunun yalnız sizin bayramınız olduğunu zənn etmək yanlış olardı. Axı bu, ilk növbədə
bizim,
bu torpaqda ruh adamlarının yaddaş günüdür. Biz ki, prinsipcə «fürerləri» sevindirici hal saymırıq, bizi ruhi və mənəvi biliklərə aparanları sevgi və minnətdarlıqla anmasaq, ən naşükür adamlar olardıq. Odur ki, hörmətli professor, bu gün sərt olmayın və bizə ürəkdən və bütün sevgi ilə sizə tamaşa etmək sevincini bəxş edin.
Tomas Mann iki gün sonra sizə imzalarla birlikdə siyahını çatdıracaq. Bu kiçik kolleksiyanın əsasını qoyan biz, bütün bu adamların minnətdarlıq hissi ilə heç olmasa imzaları ilə sizə ehtiramlarını nümayiş etdirmək fürsətindən necə istifadə etdiklərini görüb ürəkdən razı qaldıq. Üstəlik, onlar hətta bizə bu imkanı yaratdığımız üçün təşəkkür edirdilər. Bir sıra adlar əlavə olaraq görünəcək, çünki biz dəhşətli dərəcədə səpələnmişik və nüfuzlu adamların çoxunu daimi səfərdə tapırıq və yalnız gecikməklə. Özüm yazdığım və Amerikada, Fransada və ümumiyyətlə bir sıra qəzetlərdə çıxacaq qısa ad günü təbriki, xahiş edirəm, lütfkarlıqla qəbul edilsin. O, geniş oxucu kütlələrinə müraciət edir və əslində, özləri anlamağa qadir olmayan məhz onlara izah etmək məqsədi daşıyırdı ki, siz bizim üçün kimsiz və daha ədalətli gələcək üçün nə olacaqsınız.
Hörmətli, əziz cənab professor, bu gün sizə nə arzulayım? İlk növbədə sağlamlıq və o şüurun ki, sarsılan və dağılan dünyanın ortasında siz möhkəm və keçici olmayan bir şey yaratdınız və milyonlarla insana köməkçi oldunuz. Mən heç kimi göstərə bilməzdim ki, bunu özü haqqında bərabər əsasla deyə bilər və heç kimi ki, biz hamımız ona bu qədər dərin borclu olaq.
Sizin böyük lütfkarlığınızı daim yadda saxlayaraq və səmimi ehtiramla
sizin Stefan Tsveyq