8 sentyabr 1926 — Tsveyq Freydə
Kapuzinerberq, 5
Zaltsburq
Ən hörmətli cənab professor, mənəvi fəaliyyətinizlə yanaşı, heyrətamiz dərəcədə böyük bir sənət də nümayiş etdirirsiniz: yaxşılıqla utandırmaq! Mənə söylədiyiniz sözlər tək deyil, həm də istirahət vaxtınızda insanlar və problemlərlə məhdudlaşdığınız halda, əslində sizə sonsuz borclu olan bir əsərə bu qədər əsaslı şəkildə nəzər salmaq qayğısını öz üzərinizə götürməyiniz faktı məni həqiqətən çaşdırır — dünən qələmə heç əl vura bilmədim.
Mənə, bir çoxlarının sizə nə borclu olduğunu aydın deməyə icazə verin — psixologiyada cəsarət. Siz bütöv bir dövrün saysız-hesabsız ədəbiyyatçısını komplekslərdən azad etdiniz. Sizin sayənizdə biz çox şey görürük, sizin sayənizdə biz adi halda görülə bilməyəcək, deyilə bilməyəcək çox şey deyirik. Bu, indi hələ aşkar deyil, çünki bizim poeziyamız hələ tarixi olaraq, öz ilkin predmetli formalarında görünmür, on və ya iyirmi il keçəcək — o zaman yalnız görəcəklər ki, Fransada Prusta, İngiltərədə Lourens və Coysa, bəzi almanlara qəflətən başqa psixoloji cəsarət verən əlaqə harada idi. Onun adı olacaq — siz. Və biz heç vaxt bu böyük kəşf edəni inkar etməyəcəyik.
Mənim üçün psixologiya (siz bunu hər kəsdən yaxşı başa düşürsünüz) indi əslində həyatımın yeganə ehtirasıdır. Və o zaman, kifayət qədər uzağa irəliləsəm, onu ən çətin obyektdə, öz üzərimdə yoxlamaq istərdim. Və freyddən sonrakı dövrün özünütərcümeyi-halı əvvəlki dövrlərin hamısından daha aydın və cəsarətli ola bilər. Mən elə bu müstəvidə Tolstoyu öyrənirəm — o, hər gün özünü cəsarətli və doğru danışmağa inandırırdı. Lakin o, həqiqətən aşkar həqiqətlərdən yayınır. İndiyə qədər onu həyatında bir dəfə də olsun həqiqətən dibinə qədər sarsıtmamışdır və mən bunu çox istəyirəm. Ən müasirlərdən cəsarətli olan (kifayət qədər biliyə malik olmadan) Hans Yeğer olmuşdur «Xristianiya boheması» və «Xəstə məhəbbət» əsərlərində[1]. Eyni tərzdə hələ mənim üçün əlçatmaz olan Frank Harrisin kitabı da olmalıdır[2]. Lakin mənə elə gəlir ki, bizim dövrümüz, məhsuldar cəhətdən zəif, özündən sonra bilik və sənədlər buraxacaq, cəsarətinə görə bunu sizə borcludur.
Mənim daha dərin bir arzum yoxdur, nəinki sağlamlığınızın möhkəm qalması, fəaliyyətinizin daha da güc qazanması arzusundan: siz hələ də ruh uğrunda görünməz mübarizədə həlledici qüvvəsiniz. Siz hələ də bizə mənəvi olanın mexanikasını yaradıcı şəkildə izah edən yeganə insansınız. Sizə hər zamankından daha çox əməldə ehtiyacımız var.
Sevgi, minnətdarlıq və ehtiramla
sizə dərindən bağlı
Ştefan Tsveyq
Qeydlər:
[1] Yeğer Hans Henrik (1854-1910) — norveçli yazıçı; «Xristianiya bohemasından həyat» romanı (1885) 1902-ci ildə alman dilində nəşr edilmişdir, «Xəstə məhəbbət» romanı (1893) — 1920-ci ildə.
[2] Harris Frank (əsl adı Ceyms Tomas Harris, (1856-1931) — ingilis yazıçısı. Söhbət, görünür, onun 1926-1929-cu illərdə alman tərcüməsində çıxmış sensasiyalı «Mənim həyatım və məhəbbətim» (1923-1926) kitabından gedir.