1 iyun 1938 — Tsveyq Freydə

49, Helləm küçəsi,

London, B.I

(1938-ci il iyunun əvvəli) [1]

Lenqhem 3693

Hörmətli, əziz cənab professor, əlim və ürəyim bunu ən qəti şəkildə tələb etsə də, Vyanaya sizə yazmadım, lakin hər gün bütün fikirlərimlə sizinlə idim. Sizin burada təhlükəsiz olmağınız mənə rahat nəfəs almağa imkan verir. Incipit vita nuova! [2]

Bilirəm ki, indi necə sıxıntı içində olacaqsınız və sizə nə qədər rahatlıq lazımdır. Buna görə də yalnız siz mənə icazə versəniz görünəcəyəm (məndə telefon var, o, qeydiyyat siyahısında göstərilməyib). Bundan başqa, sizə yaxşı məlumdur ki, günün istənilən saatında nə qədər sevinclə gələrəm, mənim üçün bu ən ağır sınağı necə ləyaqətlə dəf etdiyinizi görməkdən vacib heç nə yoxdur.

Yaxınlarınıza ən yaxşı arzularla

sizə dərindən sadiq Stefan Tsveyq

Qeydlər:

[1] Məktubun dəqiq yazılma tarixi məlum deyil.

[2] Yeni həyat başlayır (lat.).

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.