1 avqust 1938 — Tsveyq Freydə
49, Helləm-strit,
London, B.I. [Avqust 1938] [1]
Lenqhem 3693
Hörmətli, əziz professor, bu günlərdə özüm barədə sizə xəbər vermədim, çünki yaxın bir dostum çox ağır əməliyyat keçirmişdi və mən onu klinikada tez-tez ziyarət edirəm. Lakin sabah sizə yazacağam, sizinlə görüşməyi çox-çox istərdim.
Buradakı fotoqraf Marsel Şternberger, Şou, Uells və başqalarının möhtəşəm şəkillərini çəkmiş, öz kolleksiyasını sizin "skalpinizlə" zənginləşdirməyi ehtirasla arzulayır. O, sizdən son dərəcə təvazökarlıqla cəmi on dəqiqə vaxt istəyir və bu, onun üçün (o, Amerikaya gedir) nəhəng mənəvi dəstək demək olacağından, indi isə kömək etmək zəruridir, həm də o, həqiqətən möhtəşəm fotoşəkillər çəkdiyindən, mən onun taleyini sizin xoş qəlbinizə tapşırıram.
Bütün qəlbi ilə sizə bağlı olan
Ştefan Tsveyq
Qeydlər:
[1] Məktubun dəqiq yazılma tarixi məlum deyil.