31 may 1939 — Tsveyq Freydə
49, Helləm-strit,
London, V.
Lənqhem 3693
Əziz, hörmətli cənab professor!
Bathdan qayıtdıqdan sonra hər gün yanınıza gəlmək niyyətindəyəm. İndi Vyana və bütün Almaniyadan mənə axışan məktublar isə vaxtımı yeyib qurtarır. Nəhayət, deyəsən, bir az yüngülləşəcək və sabah, ya da birisi gün özümü sizə göstərəcəyəm; sizi yenidən görmək üçün səbirsizlikdən az qalıram ki, partlayım.
Bütün qəlbi ilə sizə sadiq olan
Ştefan Tsveyq