Məktublar və aforizmlər

20 oktyabr 1935 — Tsveyq Freydə

11, Portlend Pleys

London

Çox hörmətli cənab professor, avtobioqrafiyanızın İngiltərədə çıxması münasibətilə «Sunday Times»a rəy yazacağıma söz vermişdim; budur o, təəssüf ki, cürbəcür ara başlıqlarla, ixtisarlarla (xüsusilə sonda) və olduqca orta səviyyəli tərcümə ilə. Amma başa düşürsünüz ki, mənə yalnız bu ən çox oxunan qəzetdə əsərinizin layiqli ehtiramla qiymətləndirilməsi vacib idi. Bu taktiki addım idi və, elə deyilmi, siz onu bədii dəyərinə görə qiymətləndirməyəcəksiniz. Mən sadəcə sizə ehtiramımı ifadə etmək üçün hər fürsətə həmişə sevinirəm. Ən səmimi arzularla sizin ehtiramla sadiqiniz

Stefan Tsveyq