5 fevral 1926 — Freyd Tsveyqə
Vyana, IX, Berqqasse, 19
Hörmətli cənab doktor!
Romen Rollanın ad günü keçib getdi. «Liber amicorum», güman ki, artıq işıq üzü görüb. Mən nüsxə almamışam və onu gözləməyə əsasımın olmadığını eşitsəydim, təəccüblənməzdim. Ancaq mən bunu bilmək istərdim, çünki onu əldə etməyi çox istəyirəm. Buna görə də nəşriyyatın, adət olduğu kimi, kitabı iştirakçılara göndərmək niyyəti olub-olmadığı barədə sizə sorğu ilə müraciət edirəm. Sorğu ilə, lakin heç də tələblə yox.
Sizi səmimi qəlblə salamlayıram
Sizin Freyd