1 may 1928 — Freyd Tsveyqə
Vyana IX, Berqqasse 19, 1 may 1928
Əziz cənab doktor!
Yeni hədiyyənizə görə səmimi təşəkkür edirəm. Sizin qələminizdən çıxan bir şeyi oxumaq mənə dərin həzz verir. Siz necə də məhsuldar və çalışqansınız! Başqalarının hisslərini duyub-yaşamaqda siz ustalıq zirvəsinə çatmısınız, amma əslində yaradıcını («Hisslərin çaşqınlığı») daha çox sevirəm. Belə qənaətə gəlirəm ki, sizdə böyük bir daxili təvazökarlıq var — sənətkarda nadir rast gəlinən bir keyfiyyət.
Səmimi salamla
Sizin
Freyd