20 yanvar 1938 — Tsveyq Freydə
Estoril (Portuqaliya), qısa müddət üçün
Hörmətli cənab professor, Londondan mənə sevindirici xəbər verirlər ki, sizin «Musa»nız (yaxud ondan dünyaya nə qədərini göstərirsinizsə) gəlib çatıb. Dörd həftədən sonra geri qayıdacağam və yalnız o zaman sizə layiqincə təşəkkür edə biləcəyəm. Burada təsvir olunmaz aydınlıqda, günəşli hava var — ah, necə istərdim ki, sizə də belə bir cənub intermetsosu nəsib olsun. Hörmətlə sadiq
Sizin Stefan Tsveyq