30 sentyabr 1938 — Tsveyq Freydə
Əziz, hörmətli cənab professor, keçən həftə özümü bildirmədiyimi laqeydlik adlandırmayın. Amma mən indi tələm-tələsik korrektura düzəlişləri etməliyəm və yenidən nəfəs alanda ilk işim sizə özümü bildirməkdir. Sizi görmək üçün artıq elə səbirsizlənirəm və elə böyük ümidlə gözləyirəm ki, siz yenidən tamamilə özünüzü yaxşı hiss edirsiniz. Sizin sadiqiniz
Stefan Tsveyq