18 mart 1927 — Tsveyq Freydə
18 III 1927
Hörmətli cənab professor, yola düşməkdən iki gün əvvəl sizə daha bir neçə kəlmə yazmağa cəsarət edirəm. Şübhəsiz, Bethoven festivalı da sizi qonaqlarla yükləyəcək — buna baxmayaraq, Jül Romen üçün sizə tanıtma sözü yazmağı özümə rəva bilirəm — Fransanın ən yaxşı şairlərindən biri olduğuna görə yox, fransız şairləri arasında ilk olaraq «Nouvelle Revue Française»də əsəriniz haqqında ən güclü təsir göstərmiş o məqaləni yazdığına görə. O, Vyanadakı Bethoven festivalına gəlir və sizi görə bilmək fikri onu çox sevindirəcəkdir. Ümid edirəm, sağlamlığınız ona yarım saat imkan verəcəkdir.
Hörmətim həmişə, düşüncələrim isə çox vaxt sizinlədir!
Sizin sadiqiniz
Stefan Tsveyq