Məktublar və aforizmlər

31 dekabr 1929 — Tsveyq Freydə

31 dekabr 1929

Çox hörmətli cənab professor!

Bu günlərdə məni çox məşğul edən və daha da məşğul edəcək görkəmli əsəriniz üçün ən dərin təşəkkürlərimi qəbul edin. Mən dərhal «Wiener Tageblatt»dan soruşdum ki, bu barədə heyranlıq dolu sözümü demək üçün hələ gecikməmişəmmi. Bununla bağlı hələ cavab gözləyirəm və sonra orada izah edə bilməyə ümid edirəm ki, əsərinizin bu zehni günbəzini nə qədər vacib hesab edirəm. Ona görə də bu gün təşəkkürümü yalnız bu keçici sözlərlə məhdudlaşdırıram; vaxtınız məktublar üçün çox qiymətlidir və demək istədiyimi çoxlarına demək istərdim. Sizin belə artmış və yüksəlmiş dərəcədə məhsuldar olmağınız mənim üçün çox sevindirici fikirdir, çünki bu, mənə sizin fiziki rifahınız üçün də təminat verir. Bu cür zehni araşdırma yalnız varlığın toplanmış tam qüvvəsindən yazıla bilərdi.

Ən dərin hörmətlə

Sizin sadiqiniz

Stefan Tsveyq

Ziqm. F r e y d cənab professora

V y a n a, IX.