Məktublar və aforizmlər

16 iyun 1931 — Tsveyq Freydə

16 iyun 1931

Hörmətli cənab professor, ümid edirəm ki, siz «yüksəkliklərin və dərinliklərin bilicisi» kimi yalnız ən dar dairəyə göndərdiyim əlavədəki xüsusi nəşri tamamilə artıq hesab etməyəcəksiniz: iyirmi bir yaşlı Motsartın, birini burada tam mətni ilə dərc etdiyim o doqquz məktubu onun erotikasına psixoloji cəhətdən çox qəribə işıq salır; bu erotika istənilən digər böyük insanınkından daha güclü şəkildə [oxunmur] infantilizm [oxunmur] və [oxunmur] ehtiraslı koprolaliya göstərir. Bu, əslində sizin şagirdlərinizdən biri üçün maraqlı tədqiqat olardı,* çünki istisnasız bütün məktublar eyni mövzu ətrafında fırlanır.

Fürsətdən istifadə edib sizə hörmətimi və sağlamlığınız üçün ən səmimi arzularımı bildirirəm və həmişə sizin sadiqiniz olaraq qalıram

Stefan Tsveyq