5 noyabr 1924 — Freyd Tsveyqə
Vyana IX, Berqqasse 19, 5 noyabr 1924
Əziz və hörmətli cənab doktor!
Cela va sans dire! Əgər adımı yeni əsərinizlə1 bağlamaq sizin üçün hər hansı bir ehtiyacdırsa və bu övladınıza ömürlük əlverişsiz bir xaç atalığı qoşmaqdan qorxmursunuzsa, — mən razıyam. İthafınızı yalnız şərəf kimi qəbul edəcəyəm və əsəri sondan əvvəlki əsərinizi oxuduğum kimi eyni maraqla, yəqin ki, eyni həzzlə oxuyacağam.
Xoş arzularınıza görə təşəkkür edirəm və sizə maneəsiz iş qabiliyyəti və gözəl uğur arzulayıram.
Sizin
Freyd
(Anna Freydin əli ilə:) Səmimi salamla, Anna Freyd