16 noyabr 1938 — Tsveyq Freydə
Hörmətli, əziz cənab professor, mən uzun müddət görünmədim, amma yalnız ona görə ki, alman hadisələrinin məndə yaratdığı daxili sarsıntını sizin evinizə gətirməkdən çəkinirdim. Sizi həmişə aydın ürəklə görmək istəyirəm! İcazənizlə, sabah özümü bildirəcəyəm. Hörmətlə sadiq
Sizin
Stefan Tsveyq