Məktublar və aforizmlər

3 iyun 1925 — Freyd Tsveyqə

Vyana IX, Berqqasse 19, 3 iyun 1925

Çox hörmətli cənab doktor!

R. Rollan üçün «Liber amicorum»a2 yazımı artıq göndərmişəm. İndi məni bir sual düşündürür: dəvətinizdə pul payından söz getmirdi. Nəşrin xərcləri nədən ödənəcək? Əlbəttə, sizdən xahiş edərdim ki, xərclərə nə məbləğdə pay gözlənildiyini mənə bildirəsiniz.

Səmimi salamla

Sizin Freyd