30 dekabr 1932 — Tsveyq Freydə
30 dekabr 1932
Çox hörmətli cənab professor!
Bu gün, ilin sondan bir əvvəlki günündə sizin möhtəşəm mühazirələrinizi həqiqətən zehni həzzlə oxuyuram. Hələ sırf bədii baxımdan biz fikri belə heyrətamiz aydınlıqla ifadə edən və əhatə edən bu nəsrdən öyrənə bilərdik və mənə az qala inanılmaz görünür ki, başqalarında zehni qaraldan yaş sizdə daha böyük aydınlıq yaradır. Bu gün ayrı-ayrı məqamları qeyd etməyə cəsarət etmirəm, amma sizə, pərəstişkarlarınıza və bütün dünyaya arzulamadan ilin keçib getməsinə yol vermək istəmirəm ki, yeni ildə tam sağlamlıq və iş sevinci içində olasınız və bizə bu işin bəhrələrindən yenidən xoşbəxtliklə həzz almağa imkan verəsiniz.
Ən dərin hörmətlə, sizin həmişə sadiqiniz
Stefan Tsveyq