Məktublar və aforizmlər

1 iyun 1938 — Tsveyq Freydə

Əziz, hörmətli cənab professor, mən sizə Vyanaya yazmadım, əl və ürək bunu çox istəsə də, amma bütün düşüncələrim hər gün sizinlə idi — sizin burada təhlükəsiz olduğunuzu hiss edib rahat nəfəs alıram. Incipit vita nuova!

Bilirəm, indi sizi nə qədər rahat buraxmırlar və nə qədər dincəlməyə ehtiyacınız olacaq. Ona görə də yalnız sizin icazənizdən sonra özümü bildirəcəyəm (telefon kitabçasında olmayan telefonum var). Siz ki bilirsiniz, günün istənilən saatında necə məmnuniyyətlə gələrəm; mənim üçün sizin bu ən acı sınaqdan salamat çıxdığınızı görməkdən vacib heç nə yoxdur.

Yaxınlarınıza çox salamlarla

Sizin sadiqiniz

Stefan Tsveyq