Məktublar və aforizmlər

1 may 1924 — Tsveyq Freydə

Hazırda Vyana IX, Garnisonqasse 10

Çox hörmətli cənab professor!

Romen Rollan bir neçə gün üçün Vyanadadır və məndən sizə arzusunu çatdırmağımı xahiş etdi: sizə baş çəkə biləcəkmi və hansı vaxt sizə xoş gələcəkdir. Hörmətli cənab professor, onun bu xahişini sizə çatdırmağı özümə şərəf bilirəm: ümid edirəm ki, onun sizi şəxsən tanımaq arzusuna heç nə mane olmur.

Cavabın ya onun özünə (Linke Vintseyle 4, Rigerin yanında)x, ya da mənə (Garnisonqasse 10) verilməsini xahiş edə bilərəmmi? Telefonla mənimlə yalnız səhər saat 8:30-dan 9:30-a qədər əlaqə saxlamaq olar, çünki qalan vaxt onu müşayiət edirəm (№ 16 3 27.)

Hörmətli cənab professor, bu gün sizə məhəbbət dolu bağlılığımı və yenidən-yenidən doğulan ehtiramımı bildirə biləcəyim bu imkandan necə məmnuniyyətlə istifadə edirəm!

Sizin səmimi sadiqiniz

Stefan Tsveyq

x xahiş edirəm, onun ünvanını başqa heç kimə bildirməyin; R. R. təəssüf ki fiziki cəhətdən çox zəifdir və yalnız ən yaxşıları görmək istəyir