Məktublar və aforizmlər

4 avqust 1939 — Tsveyq Anna Freydə

Lansdaun Loc

Lansdaun Roud

Bat.

Bat, 4 avqust 1939.

Əziz, hörmətli xanım!

Burada qəzetdə oxudum ki, hörmətli atanız bir neçə ağır gün keçirmişdir. Ümid edirəm, hər hansı təhlükə artıq sovuşub. Mən əslində buradan telefonla hal-əhval tutmaq istəyirdim, amma onsuz da yəqin ki, çoxlu sorğular aldığınız bu günlərdə sizi narahat etməkdən qorxdum. Atanızı yenidən ziyarət etmək mümkün olan kimi, dərhal gəlmək istərdim və səfərdən də çəkinməzdim.

Hörmətli dosta və bütün ailənizə hər şeyin ən yaxşısını arzulayıram

Sizin

Stefan Tsveyq