Məktublar və aforizmlər

12 may 1924 — Tsveyq Freydə

IX, Garnisonqasse 10

Bazar ertəsi

Çox hörmətli cənab professor!

Xoş xəbəriniz üçün çox sağ olun! Rollan yaxın axşamlar musiqi festivalındadır sonra isə səhhətinə görə hər dəfə dərhal evə qayıtmalıdır. Beləliklə, o, çərşənbə günü saat 14:00-dan bir az sonra sizin yanınıza gəlməyi özünə rəva görəcəkdir. Əgər sizə onun sizi ziyarət etmək sevincini bildirirəmsə, onu müşayiət etməyə və hörmətli cənab professor, sizi yenidən görməyə olan öz sevincimi gizlətməməliyəm. Dərin hörmətlə sadiq

Sizin sadiqiniz

Stefan Tsveyq