Məktublar və aforizmlər

7 noyabr 1935 — Tsveyq Freydə

7 noyabr 1935.

Çox hörmətli cənab professor!

Mehriban sözləriniz üçün ən dərin təşəkkürlər. Təbii ki, çox əsəbləşdim ki, tərcümədə mənim «məhz universitet dairələrinin təsiri buna mane olmuşdur» qeydimdəki «mane olmuşdur» ifadəsi «kömək etmişdir» kimi tərcümə edilib. Ernest Cons da mənə bununla bağlı artıq telefonda xəbər verib və mən ona izah etdim ki, burada mən günahsızam. Nobel mükafatını ümumiyyətlə xatırlatmışamsa, bu ona görə idi ki, həmişə yenidən xatırlatmaq istəyirəm: bu məqsəd uğrunda bütün xeyirxah insanların birgə fəaliyyəti nə qədər vacib olardı. Mən onsuz da bilirəm ki, Tomas Mann və Rollan bu işlə məşğul idilər. Dekabrda qısa müddətə Vyanaya gəlib sizə çox şey danışa biləcəyimə indidən çox sevinirəm.

Sədaqətli hörmətlə

Həmişə sizin Stefan Tsveyq