3 may 1908 — Freyd Tsveyqə
Vyana IX, Berqqasse 19, 3 may 1908
Çox hörmətli cənab doktor!
Keçən həftənin ilk günlərində Vyanadan kənarda idim və evə qayıdanda qarşıma o qədər iş çıxdı ki, nəzakətli göndərişinizə olan təşəkkürüm bu qədər gecikdi. «İlk çələnglər»i oxuduğumdan bilirəm ki, siz şairsiniz və kitabı açanda qulağıma gələn gözəl, möhtəşəm axarlı misralar mənə zəhlətökən işdən yaxında qoparacağım yüksək həzz saatı vəd edir. Mən əlaqəni hiss edirəm və görürəm ki, siz o qədər şəfqətlisiniz ki, qədim şairlərin rəvayətinə görə Troyadan salamat evə qayıdan adamı ölməyə buraxırsınız.
Yenidən ən yaxşı təşəkkürlərimi qəbul edin!
Sizin səmimi sadiqiniz
Freyd