14 avqust 1930 — Freyd Tsveyqə
Qrundlze, 14 avqust 1930
Əziz cənab doktor!
Mehriban sözlərinizə görə təşəkkür edirəm. Göte mükafatı mənim üçün sürpriz oldu: ictimai tanınmaya dair gözləntimi çoxdan geri çəkmişdim. İndi icazə verin, mənə belə yaxşı tanış olan Hamburq şəhərində qələmə aldığınız esseni oxumağı səbirsizliklə gözləyim. Məni Mətuşelah yaşına şirnikləndirmək istədiyiniz o biri mükafatı gözləməyi öhdəmə götürmək istəməzdim. Etiraf edim ki, nə vaxtsa onu arzulamışam. Bayatlamış arzular da olur.
Sizin səmimi sadiqiniz
Freyd