Məktublar və aforizmlər

25 iyun 1931 — Freyd Tsveyqə

Vyana IX, Berqqasse 19, 25 iyun 1931

Əziz cənab doktor!

Xüsusi nəşrə7 görə təşəkkür! Motsartın kobud, ədəbsiz zarafatları («Sauglockengeläute») sevməsi və tez-tez işlətməsi, haradan olduğunu bilmirəm, mənə məlum idi. Verdiyiniz izah heç bir etiraza yer qoymur. Musiqiçilərlə apardığım bir neçə analizdə onların uşaqlığa gedib çıxan, bağırsaqla çıxarılan səslərə xüsusi marağı diqqətimi cəlb edib. Bunu yalnız səslər aləminə ümumi marağın xüsusi halı saymaq olarmı, yoxsa (bizə məlum olmayan) musiqi istedadına güclü anal komponentin daxil olduğunu qəbul etmək lazımdır — bunu açıq qoyuram.

Səmimi salamlarla

Sizin Freyd