Tarixsiz — Freyd Tsveyqə
Vyana, IX, Berqqasse, 19
Əziz, çox hörmətli cənab doktor!
Məktubunuza və «Sandi Tayms»dan qəzet kəsiyinə görə təşəkkür edirəm. Sizin məqaləniz dostun manifestidir, insan oxuduğuna o qədər də yox, onun arxasında dayanana daha çox sevinir. Amma oradan bir qədər təəccüblə öyrəndim ki, mənə Vyana Universitetinin təşəbbüsü ilə bu qədər arzuolunan Nobel mükafatı verilmişdir. Bu xəbər, yəqin ki, sizin şikayət etdiyiniz kimi qəzetin mətninizə əlavə etdiyi o yerlərdən biridir. Bəlkə, bu, sizin daha bir «taktiki addımınızdır». Bu halda o, yəqin ki, nəticəsiz qalacaqdır. Siz, yəqin ki, eşitmisiniz ki, hansı çətinliklər və bəlalarla 1930-cu ildə mənim üçün Frankfurt şəhərinin Göte mükafatı qazanılmışdır.
15 sentyabr ziyarətinizdən sonra mən özümü ciddi qınayırdım ki, sizin əsərləriniz və niyyətləriniz haqqında dinləmək əvəzinə, «Musa»nın məzmununu sizin qarşınızda ətraflı şərh etdim. «Musa» heç vaxt ictimaiyyətin işığına çıxmayacaq.
Səmimi təşəkkür edir və salamlayıram
Freyd
P.S. Həmçinin mən o vaxt soruşmağı unutmuşdum, Oksford Şekspirinin problemi ilə maraqlanmaq niyyətiniz varmı. Mən demək olar ki, əminəm ki, əsl Şekspir Edvard de Ver, on yeddinci Oksford qrafı olmuşdur. Mənə ziyarətiniz, təəssüf ki, çox qısa oldu.