Məktublar və aforizmlər

24 avqust 1938 — Tsveyq Freydə

24 avqust 1938

Əziz, hörmətli cənab professor, mənim susmağımı sədaqətsizlik və ya tənbəllik adlandırmayın — yaxın dostum ağır əməliyyat edildi, mən indi tez-tez ona getməliyəm və anam, səksən beş yaşında, Vyanada vəfat etdi: necə bir dövrdə yaşadığımızı insan ondan hiss edir ki, demək olar ki, kədər duymur, əksinə, təsəlli tapır ki, o, arxamızca gəlmək imkanı olmadan bu Vyana cəhənnəmində yaşamağa davam etmək məcburiyyətində qalmadı.

Sabah özümü bildirəcəyəm və ümid edirəm, tezliklə sizi görəcəyəm. [oxunmur] gənc Edvard Ceyms, məncə, indi tezliklə qərar verəcəkdir, mən keçən həftə onunla danışdım.

Hörmətlə sadiq sizin

Stefan Tsveyq