16 dekabr 1912 — Freyd Yunqa — Zeitschriftın adının dəyişdirilməsi və Vyana xüsusiyyəti barədə
Hörmətli doktor Yunq,
16 dekabr 1912, Vyana, IX. Berqqasse 19
Zeitschriftın adının dəyişdirilməsi barədə təklifinizi həm Cəmiyyətə, həm də iki redaktora təqdim edəcəyəm və nəticə barədə Sizə məlumat verəcəyəm.
Obyektiv ifadələri şəxsi qəbul etmək vərdişi təkcə (reqressiv) insani xüsusiyyət deyil, həm də çox spesifik Vyana qüsurdur. Bu cür iddiaların Sizə qarşı irəli sürülməməsinə çox şad olaram. Amma Siz aşağıdakı dil sürüşməsini qəzəblənmədən nəzərdən keçirəcək qədər «obyektiv»sinizmi?
«Hətta Adlerin yaxınları da məni Sizinkilərdən saymırlar.»
Buna baxmayaraq Sizin, Freyd