Freyd–Yunq məktubları

6 yanvar 1913 — Yunq Freydə — şəxsi münasibətlərin dayandırılması barədə

Hörmətli professor Freyd,

Internationale Psychoanalytische Vereinigung, Küsnaxt-Sürix, 6 yanvar 1913

Şəxsi münasibətlərimizi dayandırmaq barədə arzunuzu qəbul edirəm, çünki mən heç vaxt dostluğumu heç kimə zorla qəbul etdirməmişəm. Bu anın Sizin üçün nə demək olduğunu ən yaxşı özünüz bilirsiniz. «Qalanı sükutdur.» Burrownun məqaləsini qəbul etdiyiniz üçün təşəkkür edirəm.

Səmimiyyətlə, Yunq