Freyd–Yunq məktubları

Tarixsiz — Yunq Freydə — birinci konqresin çağırışı barədə

Hörmətli cənab,

Freydçi psixologiya üzrə I Konqres

Freyd təliminin davamçıları bir çox tərəfdən illik görüş keçirilməsi arzusunu bildirmişlər ki, bu da onlara praktik təcrübələrini müzakirə etmək və fikir mübadiləsi aparmaq imkanı verərdi. Freydin davamçıları hazırda sayca az olsalar da, bütün Avropaya səpələndiklərindən, Qərbi Avropadan həmkarların iştirakını asanlaşdırmaq üçün ilk görüşümüzün bu il Frankfurtda keçiriləcək Eksperimental Psixologiya üzrə 3-cü Konqresdən (22-25 aprel) dərhal sonra keçirilməsi təklif edilmişdir. Təklif olunan görüş yeri Zalsburqdur.

Müvəqqəti proqram aşağıdakı kimidir:

26 aprel, axşam: Zalsburqa gəliş və toplanma. 27 aprel: Görüş. Sədr: prof. Dr. S. Freyd. 28 aprel: Yola düşmə.

Mühazirələr, hallar üzrə materialların təqdimatı, yazılı suallar çox arzuolunandır. Müraciətlər 15 fevraldan əvvəl aşağıda imzası olana göndərilməlidir.

Görüşdə iştirak etmək istəsəniz, qərarınızı 5 fevraldan əvvəl aşağıda imzası olana bildirməyiniz xahiş olunur. Yekun proqram sonradan Sizə göndəriləcəkdir.

Burghölzli-Sürix Ən səmimi hörmətlə, Dr. C. G. Yunq yanvar 1908 Psixiatriya üzrə privatdosent