5 yanvar 1908 — Yunq Freydə — yeni nəşriyyatla razılaşma və mühazirə barədə
Hörmətli professor Freyd,
5 yanvar 1908
Yeni nəşriyyatla razılaşma xəbəriniz məni çox maraqlandırır. Daha sürətli nəşr perspektivi varsa, «Psikozların məzmunu» adlı təxminən üç çap vərəqi həcmində kiçik bir populyar əsərimi Sizin «Məqalələr»iniz üçün məmnuniyyətlə təklif edərdim. Bu, bizim yaxşı şəhərimizin «précieuses ridicules»i qarşısında oxuyacağım mühazirədir.
Ən səmimi hörmətlə, Yunq