11 aprel 1906 — Freyd Yunqa — Diaqnostik assosiasiya tədqiqatları barədə
Hörmətli həmkar,
11 aprel 1906, IX. Berqqasse 19
Mənə «Diaqnostik assosiasiya tədqiqatları»nızı göndərdiyinizə görə çox sağ olun; səbirsizliyim üzündən onları artıq əldə etmişdim. Əlbəttə, ən son məqaləniz — «Psixoanaliz və assosiasiya eksperimentləri» — məni ən çox sevindirdi, çünki orada öz təcrübənizə əsaslanaraq sübut edirsiniz ki, fənnimizin indiyədək öyrənilməmiş sahələri haqqında dediyim hər şey doğrudur. Əminəm ki, Siz məni tez-tez dəstəkləyə biləcəksiniz, lakin düzəlişləri də məmnuniyyətlə qəbul edərəm.
Səmimiyyətlə, Dr. Freyd